Haqqımızda

“VİP Aviasiya Xidmətləri Şirkəti” MMC 25 dekabr 2011-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının (AR DMAA) Uyğunluq Sertifikatına  Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) “Aeroportlarda yerüstü xidmət üzrə Rəhbərlik” (AHM 810) tələblərinə uyğun yerüstü və kommersiya xidmətləri üzrə fəaliyyət göstərir. 

Bizim şirkətimizdə keçirilən təkrar attestasiyadan sonra, müstəqil audit şirkəti təstiq etdi ki, "VİP Aviasiya Xidmətləri şirkəti" Integrasiya Olunmuş Idarəetmə Sisteminin tələblərinə uyğun gəlir (İSO 9001:2015 + OHSAS 18001:2007).

“VİP Aviasiya Xidmətləri Şirkəti” MMC fəaliyyət göstərdiyi tarixdən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Yerüstü Xidmət İttifaqının (İATA GHC) və Dünya Aeroportlarının VİP Forumunun (WAVF) üzvüdür.