Gəncə CİP Lounge 

Uçub getməyə:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişini gətirən avtomobilin “Gəncə” СİP zalının xüsusi dayanacaq ərazisinə buraxılışı;
  • sərnişinin СİP zalının girişində qarşılanması və zala müşayiət olunması;
  • portye xidməti;
  • sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması və hava nəqliyyatında daşınması qadağan olunan əşyalar barədə məlumatlandırılması;
  • sərnişinin Aviasiya təhlükəsizliyinə baxış məntəqəsinə müşayiət olunması;
  • sərnişinin qeydiyyat duracağına müşayiət olunması;
  • sərnişinin qeydiyyatının, uçuşunun və baqajının rəsmiləşdirilməsinin təşkil olunması;
  • sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsində yardım;
  • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün СİP zalında (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WİFİ), mətbuat vasitələri ilə, televiziya verilişlərinə baxmaq imkanı və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;
  • sərnişinin СİP zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;
  • uçuşla bağlı məlumatların verilməsi və sərnişinin vaxtında miniyə dəvət olunması;
  • sərnişinin СİP zalından minik məntəqəsinədək avtomobillə aparılması və sərnişinin əl yükünün avtomobildən HG-nin trapınadək daşınmasına köməklik göstərilməsi;
  • tərcüməçi xidməti;
  • məhdud hərəkətli sərnişin olduqda, СİP zalının girişindən minik məntəqəsinədək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

Uçub gəlməyə:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişinin HG-nin trapında qarşılanması və əl yükünün avtomobilədək daşınmasına köməklik göstərilməsi;
  • sərnişinin baqajı olduğu halda, baqaj birkasının sərnişindən alınaraq baqajı müəyyən etmək üçün yükdaşıyana verilməsi;
  • sərnişinin HG-nin trapından СİP zalınadək avtomobillə aparılması;
  • sərnişinin uçuşdan sonrakı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün СİP zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə, çoxkanallı televiziya verilişlərinə baxmaq imkanı və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;
  • sərnişinin təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;
  • sərnişini qarşılayan avtomobilin СİP zalının xüsusi dayanacaq ərazisinə buraxılışı;
  • tərcüməçi xidməti;
  • sərnişinin СİP zalının çıxışınadək fərdi müşayiət olunması və sərnişinin baqajının avtomobilədək aparılmasına köməklik göstərilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin enmə məntəqəsindən СİP zalınadək xüsusi araba ilə aparlıması üçün araba ilə təmin olunması və araba ilə aparılması üçün işçinin ayrılması;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

Yola salan/qarşılayan

  • sərnişini yola salanın/qarşılayanın qarşılanması;
  • sərnişini yola salanın/qarşılayanın (2 saat ərzində) СİP zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə, siqaret çəkənlər üçün nəzərdə tutulmuş ayrıca yerlə, televiziya verilişlərinə baxmaq imkanı və s. ilə təchiz edilmiş zala) dəvət olunması və yerləşdirilməsi;
  • sərnişini yola salanın/qarşılayanın СİP zalında qida məhsulları ilə təmin edilməsi;
  • uçuşla bağlı məlumatların verilməsi və yola salanın/qarşılayanın zalın çıxışınadək yola salınması.