Baku VIP Lounge 

Uçub getməyə:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişini gətirən avtomobilin Baku VIP Lounge zalının xüsusi dayanacaq ərazisinə qısa müddətə buraxılışı;
  • sərnişinin Baku VIP Lounge zalının girişində qarşılanması və zala fərdi müşayiət olunması;
  • portye xidməti;
  • sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olunan əşyalar barədə məlumatlandırılması;
  • sərnişinin qeydiyyat duracağına fərdi müşayiət olunması;
  • sərnişinin qeydiyyatının, uçuşunun və baqajının rəsmiləşdirilməsinin təşkil olunması;
  • sərnişinə hava gəmisində prioritet sayılan yerlərin təklif edilməsi və yerləşdirilməsində yardım;
  • sərnişinin baqajının qablaşdırılması və emalının təşkil olunması;
  • zəruri hallarda sərnişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin Aviasiya təhlükəsizliyinə baxış, Gömrük və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması;
  • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün Baku VIP Lounge zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WİFİ), mətbuat vasitələri ilə, siqaret çəkən sərnişinlər üçün nəzərdə tutulmuş ayrıca yerlə, kabel televiziyası və s. ilə təchiz edilmiş zal) fərdi müsayiət olunması və yerləşdirilməsi;
  • sərnişinin Baku VIP Lounge zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;
  • uçuşla bağlı məlumatların verilməsi və sərnişinin vaxtında miniyə dəvət olunması;
  • sərnişinin Baku VIP Lounge zalından minik məntəqəsinədək avtomobillə aparılmаsi və sərnişinin əl yükünün avtomobildən HG-nin trapınadək daşınmasına köməklik göstərilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin Baku VIP Lounge zalının girişindən minik məntəqəsinədək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;
  • tərcüməçi xidməti;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

 

Uçub gəlməyə:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişinin HG-nin trapında qarşılanması və əl yükünün avtomobilədək daşınmasına köməklik göstərilməsi;
  • sərnişinin baqajı olduğu halda, baqaj birkasının sərnişindən alınaraq baqajı müəyyən etmək üçün yükdaşıyana verilməsi;
  • sərnişinin HG-nin trapından Baku VIP Lounge zalınadək avtomobillə aparılması;
  • yükdaşıyan tərəfindən sərnişinin baqajının baqaj bunkerindən qəbul edilərək, baqajın Baku VIP Lounge zalının girişində (perron tərəfdən) portyeyə təhvil verilməsi;
  • sərnişinin vizasının rəsmiləşdirilməsinə zərurət yarandıqda, vizanın rəsmiləşdirilməsində məsləhət yardımının göstərilməsi;
  • sərnişinin uçuşdan sonrakı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün Baku VIP Lounge zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən Wi-Fi), mətbuat vasitələri ilə, siqaret çəkən sərnişinlər üçün nəzərdə tutulmuş ayrıca yerlə, kabel televiziyası və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;
  • sərnişinin Baku VIP Lounge zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;
  • sərnişinin Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişini qarşılayan avtomobilin Baku VIP Lounge zalının xüsusi dayanacaq ərazisinə qısa müddətə buraxılışı;
  • sərnişinin Baku VIP Lounge zalının çıxışınadək fərdi müşayiət olunması və sərnişinin baqajının avtomobilədək aparılmasına köməklik göstərilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, onun enmə məntəqəsindən Baku VIP Lounge zalının çıxışınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;
  • tərcüməçi xidməti;                                                                                      
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

 

Yola salan/qarşılayan:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişini yola salan/qarşılayan şəxsin Baku VIP Lounge zalının girişində qarşılanması və zala müşayiət edilməsi;
  • yola salan/qarşılayan şəxsin Gömrük və Aviasiya təhlükəsizliyinə baxış məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişini yola salan/qarşılayan şəxsin (2 saatadək müddət ərzində) Baku VIP Lounge zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən Wi-Fi), mətbuat vasitələri ilə, siqaret çəkənlər üçün nəzərdə tutulmuş ayrıca yerlə, televiziya verilişlərinə baxmaq imkanı və s. ilə təchiz edilmiş zala) yerləşdirilməsi;
  • sərnişini yola salan/qarşılayan şəxsin Baku VIP Lounge zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;
  • avtomobilin Baku VIP Lounge zalının xüsusi dayanacaq ərazisinə qısa müddətə buraxılışı;
  • uçuşla bağlı məlumatların verilməsi və yola salan/qarşılayanın zalın çıxışınadək yola salınması;
  • tərcüməçi xidməti.

 

Standart tarif - sifariş reysin uçub getməsinə və ya gəlməsinə 3 saatdan artıq müddət ərzində verildikdə

Zümrüd

Təcili sifariş üzrə tarif - sifariş reysin uçub getməsinə və ya gəlməsinə 3 saatdan az müddət ərzində verildikdə

*Bu xidməti seçən “Sifarişçi”nin aviasərnişinləri Baku VIP Lounge zalından HG-dək və ya HG-dən “Bakı” VIP zalınadək fərdi nəqliyyat vasitəsi ilə daşınırlar. Fərdi nəqliyyat vasitəsini kataloqda qeyd olunmuş kateqoriyalar üzrə seçmək hüququ isə xidməti sifariş verən “Sifarişçi”yə verilir.

 

Transfer/tranzit