Baku VIP Lounge Special

Uçub getməyə:

  • 24 saat əzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişini gətirən avtomobilin “Bakı” VIP zalının xüsusi dayanacaq ərazisinə buraxılışı və Privat ərazinin girişinin qarşısına ayrıca yol keçidi;
  • sərnişinin Privat ərazinin girişində qarşılanması və əraziyə fərdi müşayiət olunması;
  • portye xidməti (baqajın “Bakı” VIP zalının girişindən baqajın komplektləşdirilməsi məntəqəsinədək daşınması üçün işçinin ayrılması;
  • sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olunan əşyalar barədə məlumatlandırılması;
  • sərnişinin Privat ərazidə Aviasiya təhlükəsizliyinə baxış məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişinin Privat ərazidə Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • zəruri hallarda sərnişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin Privat ərazidə qeydiyyat duracağına fərdi müşayiət olunması;
  • sərnişinin qeydiyyatının və uçuşunun Privat ərazidə rəsmiləşdirilməsinin təşkil edilməsi;
  • sərnişinə hava gəmisində prioritet sayılan yerlərin təklif edilməsi və yerləşdirilməsində yardım;
  • sərnişinin baqajının Privat ərazidə rəsmiləşdirilməsinin təşkil edilməsi;
  • sərnişinin baqajının qablaşdırılması və emalının təşkil olunması;
  • sərnişinin Privat ərazidə Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişinin Privat ərazidə olan xüsusi otaqlardan birinə (“Zümrüd” otağı istisna olmaqla) fərdi müşayiət olunması;
  • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində)  rahat və səmərəli keçirməsi üçün ayrıca otaqda (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən Wi-Fi), mətbuat vasitələri ilə, TV və s. ilə təchiz edilmiş ayrıca otaq) yerləşdirilməsi;
  • sərnişinin təsdiq olunmuş menyuya əsasən ayrıca otaqda qida məhsulları ilə təmin edilməsi;
  • sərnişinə Privat ərazidə yerləşən ayrıca otaqda brend məhsullarının təqdim;
  • uçuşla bağlı məlumatların verilməsi;
  • sərnişinin Privat ərazinin xüsusi keçidindən vaxtında miniyə dəvət olunması;
  • sərnişinin Privat ərazidən minik məntəqəsinədək ayrıca avtomobillə aparılması və sərnişinin əl yükünün avtomobildən HG-nin trapınadək daşınmasına köməklik göstərilməsi;
  • tərcüməçi xidməti;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin Privat ərazinin girişindən minik məntəqəsinədək xüsusi araba ilə aparılması üçün araba ilə təmin olunması və araba ilə aparılması üçün işçinin ayrılması;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

 

Uçub gəlməyə:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişinin HG-nin trapında qarşılanması və əl yükünün avtomobilədək daşınmasına köməklik göstərilməsi;
  • sərnişinin baqajı olduğu halda, baqaj birkasının sərnişindən alınaraq baqajı müəyyən etmək üçün yükdaşıyana verilməsi;
  • sərnişinin HG-nin trapından Privat əraziyədək ayrıca avtomobillə aparılması;
  • sərnişinin Privat ərazinin ayrıca otağına (“Zümrüd” otağı istisna olmaqla) fərdi müşayiət olunması;
  • yükdaşıyan tərəfindən sərnişinin baqajının baqaj bunkerindən qəbul edilərək, baqajın Privat ərazinin girişində (perrontərəfdən) portyeyə təhvil verilməsi;
  • sərnişinin vizasının rəsmiləşdirilməsinə zərurət yarandıqda, vizanın rəsmiləşdirilməsində məsləhət yardımının göstərilməsi;
  • sərnişinin uçuşdan sonrakı vaxtını (2 saatadək müdət ərzində) rahat və səmərəli keçirməsi üçün ayrıca otağa (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə, kabel televiziyası və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;
  • sərnişinin təsdiq edilmiş menyuya əsasən ayrıca otaqda qida məhsulları ilə təmin edilməsi;
  • sərnişinə Privat ərazidə yerləşən ayrıca otaqda brend məhsullarının təqdim edilməsi;
  • sərnişinin Privat ərazidə Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • zərurət yarandıqda sənişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin Privat ərazidə Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişini qarşılayan avtomobilin “Bakı” VIP zalının xüsusi dayanacaq ərazisinə buraxılışı və Privat ərazinin girişinin qarşısına ayrıca yol keçidi;
  • tərcüməçi xidməti;
  • sərnişinin Privat ərazinin çıxışınadək ayrıca keçiddən fərdi müşayiət olunması, sərnişinin baqajının və əl yükünün avtomobilədək aparılmasının təmin edilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, onun enmə məntəqəsindən Privat ərazinin çıxışınadək xüsusi araba ilə aparılması üçün araba ilə təmin olunması və araba ilə aparılması üçün işçinin ayrılması;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

 

Yola salan/qarşılayan:

  • 24 saat ərzində xidmətin bronlaşdırılması;
  • sərnişini yola salan/qarşılayan şəxsin Privat ərazinin girişində qarşılanması;
  • sərnişini yola salan/qarşılayan şəxsin ayrıca keçiddən Privat ərazidə yerləşən ayrıca otağa (“Zümrüd” otağı istisna olmaqla) fərdi müşayiət olunması;
  • yola salan/qarşılayan şəxsin Privat ərazidə Gömrük və Aviasiya təhlükəsizliyinə baxış məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişini yola salan/qarşılayan şəxsin (2 saatadək müddət ərzində) sərnişinin istifadə etdiyi ayrıca otağa (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə, kabel televiziyası və s. ilə təchiz edilmiş ayrıca otaq) fərdi müşayiət olunması;
  • sərnişini yola salan/qarşılayan şəxsin təsdiq edilmiş menyuya əsasən ayrıca otaqda qida məhsulları ilə təmin edilməsi;
  • uçuşla bağlı məlumatların verilməsi;
  • tərcüməçi xidməti;
  • zərurət yarandıqda sərnişini yola salan/qarşılayan şəxsin avtomobilinin “Bakı” VIP zalının xüsusi dayanacaq ərazisinə buraxılışı və Privat ərazinin girişinin qarşısına ayrıca yol keçidi;
  • sərnişini yola salan/qarşılayan şəxsin ayrıca keçiddən Privat ərazinin çıxışınadək fərdi müşayiət edilməsi.

 

Qeydlər: Xüsusi xidmət paketi sifariş olunduğu halda aviasərnişinlərin sayı 1-4 nəfər olduqda, onlara “Mərcan”, “Sədəf” və “Billur” otaqları, aviasərnişinlərin sayı 5-10 nəfər olduqda, onlara “Firuzə” otağı təklif olunur.

 

Standart tarif - sifariş reysin uçub getməsinə və ya gəlməsinə 3 saatdan artıq müddət ərzində verildikdə

Təcili sifariş üzrə tarif - sifariş reysin uçub getməsinə və ya gəlməsinə 3 saatdan az müddət ərzində verildikdə