Salam Gold +

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişinin avtomobili üçün “Salam Lounge” zalının qarşısına xüsusi yol keçidi;
  • Portye xidməti (baqajın “Salam Lounge” zalının girişindən baqajın komplektləşdirmə məntəqəsinədək  daşınması üçün işçinin ayrılması);
  • sərnişinin “Salam Lounge” zalına fərdi müşayiət olunması;
  • sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərinin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olan əşyalar barədə məlumatlandırılması;
  • sərnişinin qeydiyyatı və uçuşun rəsmiləşdirilməsinin təşkil olunması;
  • sərnişinə HG-də prioritet sayılan yerlərin təklif edilməsi və yerləşdirilməsində yardım;
  • baqajın rəsmiləşdirilməsi və emalının təşkil olunması;
  • zərurət yarandıqda sərnişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin uçuş qabağı prosedurаlardan keçmək məqsədi ilə aerovağzal kompleksindəki ayrıca liftlə fərdi müşayiət edilməsi;
  • sərnişinin ilk növbədə Gömrük nəzarəti, Aviasiya təhlükəsizliyinə baxış və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması;
  • uçuşla bağlı məlumatların verilməsi;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin aerovağzal kompleksinin girişindən minik məntəqəsinədək xüsusi araba ilə aparılması üçün araba ilə təmin olunması və araba ilə aparılması üçün işçinin ayrılması;
  • sərnişin vaxtında miniyə dəvət olunması və minik müşayiət edilməsi.