Salam Platinum

Uçub getməyə

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı
  • Sərnişinin avtomobilinin “Salam Lounge” zalının qarşısına xüsusi yol; 
  • Sərnişinin “Salam Lounge” zalının girişində qarşılanması və zala fərdi müsayiət olunması;
  • Sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olan əşyalar barəsində məlumatlandırılması;
  • Portye xidməti (baqajın “Salam Lounge” zalının girişindən baqajın komplektləşdirilməsi məntəqəsinədək daşınması üçün işçinin ayrılması);
  • Sərnişinin ilk növbədə qeydiyyat duracağınadək fərdi müşayiət olunması;
  • sərnişinin qeydiyyatının və uçuşunun rəşmiləşdirilməsinin təşkil olunması;
  • sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsində yardım;
  • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün “Salam Lounge” zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə və s. təchiz edilmiş zal) yerləşdirilməsi;    
  • sərnişinin “Salam Lounge” zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;
  • ekonom sinif sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsində yardım;
  • baqajın rəsmiləşdirilməsi və emalının təşkil olunması;
  • zəruri məsələlər həll olunduqdan sonra sərnişinin “Business Class Lounge” zalına fərdi müşayiət olunması;
  • sərnişinin ayrıca liftdən istifadəsinin təşkil edilməsi;
  • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • sərnişinin ilk növbədə Aviasiya təhlükəsizliyinə baxış, Gömrük və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması;
  • sərnişinin “Business Class Lounge” zalında yerləşdirilməsi;
  • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün “Business Class Lounge” zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə və s. təchiz edilmiş zal) yerləşdirilməsi ;     
  • Sərnişinin “Business Class Lounge” zalında təsdiq olunmuş menyuya əsasənqida məhsulları ilə təmin edilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin aerovağzal kompleksinin girişindən minik məntəqəsinədək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması ;
  • uçuşla bağlı məlumatların verilməsi, sərnişinin vaxtında miniyə dəvət olunması və minik məntəqəsinə müşayiət edilməsi;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi;

 

Uçub gəlməyə

  • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
  • sərnişinin enmə məntəqəsində qarşılanması;
  • vizanın rəsmiləşdirilməsinə zərurət yarandıqda sərnişinə məsləhət yardımının göstərilməsi;
  • sərnişinin Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • sərnişinin vaxtını rahat və səmərəli keçirməsi üçün (2 saatadək müddət ərzində) “Business Class Lounge” zalına (yumşaq mebel, interyerlə, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri və s. təchiz edilmiş zal) fərdi müsayiət olunması və yerləşdirilməsi;
  • sərnişinin “Business Class Lounge” zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;
  • sərnişinin baqajı olduğu halda, baqajı müəyyən etmək üçün baqaj birkalarının portyeyə təqdim edilməsi;
  • Portye xidməti (baqajların paylanma məntəqəsində baqajın müəyyən edilməsi və gözləmə zalınadək daşınması üçün işçinin ayrılması);
  • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
  • zərnişinin Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
  • tərcüməçi xidməti;
  • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi;
  • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin enmə məntəqəsindən gözləmə zalınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;
  • sərnişinin terminalın çıxışınadək fərdi müşayiət olunması. 

Terminal 1

Terminal 2