Şikayətlərinin müraciətlərinin qəbul qeydiyyatı qaydaları

“VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin xidmətlərindən istifadə üçün ödənilmiş məbləğin “Azərbaycan Respublikasının Beynəlxalq Hava Limanlarında “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC tərəfindən aviasərnişinlərə, yola salanlara/qarşılayanlara göstərilən xidmətlərin tarif dərəcələrinin tətbiq edilməsi barədə qüvvədə olan əmrinin tələblərinə əsasən sifarişçiyə qaytarılması məsələsinin rəbərlik tərəfindən baxılması məqsədi ilə VASC-KP-07/F02 formasına uyğun sifarişçi tərəfindən Ərizə tərtib edilərək Ümumi şöbəyə təqdim edilir. Ərizə Müxtəlif yığımlar qəbzində adı qeyd olunmuş sifarişçi və ya onun qanuni təmsilçisi tərəfindən yazılır.

Ərizəyə Müxtəlif yığımlar qəbzinin və MYQ-də adı qeyd olunmuş sifarişçinin şəxsiyyətini təsdiq edən sənədinin (xarici pasport, şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi) surətləri əlavə olunmalıdır.

Ödənilmiş məbləğin qaytarılması üçün təqdim olunmuş Ərizə 7(yeddi) iş günü ərzində Keyfiyyətin idarə olunması və nəzarət şöbəsi tərəfindən baxılmalı və yekun qərarın verilməsi üçün təkliflə rəhbərliyə tədim olunmalıdır. Korporativ müştərilər və fiziki şəxslər tərəfindən ödənilmiş məbləğin qaytarılması üçün iddia sifarişçi tərəfindən 1 ay ərzində edilməldir.

Ərizə formasını yükləmək